“Barselona” darmadağın oldu
04 avqust 2011 12:50 (UTC +04:00)

“Barselona” darmadağın oldu

0
Çempionlar Liqasının son qalibi Meksika “Çivas”ına böyük hesabla uduzub – 1:4. Hesabı 4-cü dəqiqədə “Barsa”nın hücumçusu David Vilya açsa da, fasilədən sonra “Çivas” qollarını sıralamağa başlayıb. 60-cı və 63-cü dəqiqələrdə Marko Fabian de la Mora, 71-ci dəqiqədə Covanni Kasilyas, 90-cı dəqiqədə isə Xose Luis Verdusko fərqlənib.


Qeyd edək ki, “Barselona” avqustun 7-də Meksikanın daha bir klubu – “Amerika” ilə üz-üzə gələcək. Kataloniya təmsilçisi ABŞ turnesinə Lionel Messi, Daniel Alveş, Xavyer Maskerano və yeni transfer Aleksis Sançessiz yollanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 576

Oxşar yazılar