Azərbaycan səfəri öncəsi Azarın yediyi hamburgeri azara döndərdilər
04 avqust 2011 17:14 (UTC +04:00)

Azərbaycan səfəri öncəsi Azarın yediyi hamburgeri azara döndərdilər

0
Lent.az-ın Belçika mətbuatına istinadən verdiyi məlumata görə, yığmanın baş məşqçisi Jorj Leekens 20 yaşlı hücumameylli yarımmüdafiəçini avqustun 10-da Sloveniya ilə yoldaşlıq görüşünə və sentyabrın 2-də Azərbaycanla 2012-ci il Avropa çempionatının seçmə qrup matçına çağırmayacaq.


Buna Azarın iyunun 3-də Türkiyə millisi ilə seçmə oyun zamanı etdiyi intizamsızlıq səbəb olub. Gənc yarımmüdafiəçi onu əvəzləyən baş məşqçiyə əsəbiləşdiyi üçün stadionu tərk edib. Bir qədər sonra isə o, əlində hamburgerlə geri qayıdıb. Məhz bu üzdən Azar Leekensin qəzəbinə tuş gəlib. Belçikalı mütəxəssis futbolçunu intizamsızlıqda günahlandırıb: “İnsan gənc olanda belə səhvlər edə bilər. Ancaq milli komandanın özünəməxsus qaydaları var və bunlara hörmət etmək lazımdır. Azar qaydalara zidd hərəkətinə görə iki oyunluq yığmadan kənarlaşdırıldı. Haqlı qərar qəbul etdiyimi düşünürəm”.


Qeyd edək ki, analoji hal iki il öncə Azərbaycan yığmasında da baş verib. Həmin vaxt baş məşqçi Berti Foqts hazırda “Qarabağ” klubunda çıxış edən İlqar Qurbanovu “McDonalds”da hamburgerlə nahar etdiyi üçün millidən kənarlaşdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 773

Oxşar yazılar