Ramin Musayev: “Qarabağ”ın stadionu bərbad hala düşüb”
0
0
PFL-in prezidenti Ramin Musayev Lent.az-a Ağdam təmsilçisinin müraciətini müsbət cavablandırdıqlarını bildirib. Onun sözlərinə görə, istisna hallar dedikdə, hava şəraiti nəzərdə tutulub: “Yəni, leysan-qar olsa, stadion pis vəziyyətə düşsə, rəqib Ağdama gedə bilməsə, AFFA və PFL-in komissiyası yerindəcə vəziyyətlə tanış olduqdan sonra görüşün Suraxanıda təşkilinə qərar verə bilər. Bu səbəbdən, “Qarabağ”ın müraciətinə müsbət cavab verdik və hansı rəqibin Suraxanıda oynayacağını püşkatma yolu ilə təyin etməyə ehtiyac qalmadı”.
Digər tərəfdən, Musayev hazırda Tofiq İsmayılov adına stadionunun meydançasının bərbad halda olduğunu açıqlayıb: “Bu yaxınlarda Suraxanıdakı stadionun durumunun canlı şahidi olmuşam. Meydança bərbad hala düşüb, bu gün oyun keçirməyə hazır vəziyyətdə deyil. “Qarabağ”ın orada ev oyunu keçirəcəyinə inanmıram”.
Qeyd edək ki, “Qarabağ” ötən mövsüm ev oyunlarının əksəriyyətini Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirib. Yalnız “Neftçi” ilə Unibank Premyer Liqasının final mərhələsindəki görüş Quzanlıda baş tutub.
Elşən MƏMMƏDOV