FİFA hakiminin dişlərini qırdılar
10 avqust 2011 10:48 (UTC +04:00)

FİFA hakiminin dişlərini qırdılar

0
Lent.az-ın “TVI 24” telekanalına istinadən verdiyi məlumata görə, 40 yaşlı referiyə hücum edən şəxs onun iki dişini qırıb. Proensa trenajor zalında məşq etdikdən sonra restorana nahar etməyə yollanıb. Yolda o, özünü aqressiv aparan şəxslə rastlaşıb. Həmin adam hakimi əvvəlcə təxribata çəkib, sonra isə döyüb. Polis xuliqanı yaxalasa da, adı açıqlanmır.


Qeyd edək ki, Pedro Proensa 1998-ci ildən FİFA referisidir. O, karyerası ərzində Çempionlar Liqasının 11 matçını idarə edib. Proensa 2010-2011-ci il mövsümünün yekununda ölkənin ən yaxşı hakimi sayılıb. Təcrübəli referi avqustun 7-də “Portu”nun “Vitoriya” üzərində 2:1 hesablı qələbə qazandığı Portuqaliya Superkuboku uğrunda qarşılaşmanın baş hakimi olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 702

Oxşar yazılar