Azərbaycan yığmasının sabiq futbolçusu “Qəbələ”də
10 avqust 2011 16:09 (UTC +04:00)

Azərbaycan yığmasının sabiq futbolçusu “Qəbələ”də

0
Lent.az-ın məlumatına görə, 2006-2007 mövsümündə komandanın şərəfini qorumuş Qurbanov bu dəfə “Qəbələ”də futbolçu yox, məşqçi kimi fəaliyyət göstərəcək. O, Futbol Akademiyasında azyaşlılara futbolun sirlərini öyrədəcək. UEFA B kateqoriyasına sahib olan Sənan Qurbanov artıq bir ildir ki, məşqçi kimi fəaliyyət göstərir. O, ötən mövsüm birinci divizionda çıxış etmiş “Neftçi İSM”də işləyib. Məşqçilik fəaliyyətindən öncə isə “Qəbələ” ilə yanaşı, “Şəfa”, “Qarabağ”, “Dinamo”, “Saypa” (İran), “MKT-Araz” və “Muğan” klublarında oynamış Qurbanov eyni zamanda həm olimpiya, həm də əsas yığma komandalarımızda forma geyinib.



Qeyd edək ki, Qəbələ Futbol Akademiyasında 4 türk mütəxəssislə yanaşı, artıq 9 yerli məşqçi çalışır. Onlar arasında Sənan Qurbanov kimi vaxtilə “Qəbələ”də çıxış etmiş Eldəniz Süleymanovla Şəhruz Mustafayev də var. Adları çəkilənlərdən başqa, “Neftçi” və “Turan”dakı çıxışları ilə tanınan Hüseynqulu Quliyev, eləcə də yerli məşqçilər – Famil Xəlilov, Sərdar Qafarov, Anar Surxayev, Zaur Hacıyev və Teymur Musayev də akademiyanın məşqçi heyətinə daxildirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1200

Oxşar yazılar