“Olimpiakos” Avropa kuboklarından kənarlaşdırıldı
11 avqust 2011 15:55 (UTC +04:00)

“Olimpiakos” Avropa kuboklarından kənarlaşdırıldı

0
Lent.az-ın məlumatına görə, “Olimpiakos” qarşıdakı 3 il müddətində qitə miqyaslı turnirlərdə çıxış edə bilməyəcək. Bundan başqa UEFA 5 il sınaq müddəti də təyin edib. Qərar UEFA Nizam-İntizam Komitəsinin iclasında çıxarılıb. Yunanıstan klubu qərarı aldıqdan sonra 3 gün müddətində apellyasiya verə bilər. Avropa futbol qurumunun rəhbərliyi Avroliqanın “pley-off” mərhələsində “Olimpiakos”u əvəzləyəcək komandanı hələ müəyyənləşdirməyib. Həmin komanda avqustun 18-də və 25-də “Pari Sen-Jermen”lə üz-üzə gəlməlidir.


Qeyd edək ki, “Olimpiakos” Yunanıstan çempionatında danışılmış oyunlarda iştirakına dair şübhələrlə əlaqədar Avropa Liqasından xaric edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 761

Oxşar yazılar