Roberto Karlosdan “Bakı”nın prezidentinə hədiyyə - FOTO
12 avqust 2011 10:39 (UTC +04:00)

Roberto Karlosdan “Bakı”nın prezidentinə hədiyyə - FOTO

0
Rusiyanın “Anji” komandasının şərəfini qoruyan braziliyalı ulduz Roberto Karlos şəxsən imzaladığı futbolçu geyimini “Bakı” klubunun prezidenti Hafiz Məmmədova hədiyyə edib. Lent.az xəbər verir ki, futbolun inkişafında göstərdiyi xidmətlərə görə klub rəhbərinə təşəkkür edən Roberto Karlos bu kiçik sovqatla diqqət və ehtiramını ifadə edib.

Cari mövsümdən “Anji”nin heyətində yer alan canlı futbol əfsanəsi qısa bir müddətdə bütün Qafqaz azarkeşlərinin sevimlisinə çevrilib. Roberto Karlosun Azərbaycana və onun futboluna hörmət bəsləməsi əvvəldən də məlum idi. Braziliyalı müdafiəçi klub prezidentinə ünvanlanan bu jestlə bir daha xalqımıza olan ehtiramı nümayiş etdirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 565

Oxşar yazılar