Çempionatın startında öz aralarındakı oyunu təxirə salınan “Neftçi” və “Qarabağ” hesabat turunda minimal hesablı qələbəyə sevinib. “Neftçi” səfərdə debütant “Rəvan”ı, “Qarabağ” isə “İnter”i yenib.
Daha bir debütant “Sumqayıt Şəhər” yenə eyni hesabla uduzub. Sumqayıtlılar bu dəfə öz meydançalarında “Qəbələ”yə məğlub olublar.
Ən məhsuldar nəticə çempionatın açılış turunda “Turan” və “Kəpəz” arasında keçirilən Qərb derbisində qeydə alınıb. Oyunda 4 qol vurulub ki, bunlardan 3-ə “Turan” imza atıb.
“Bakı” isə yenə qolsuz heç-heçə ilə kifayətlənib. Paytaxtın eyniadlı komandası ilk turda darmadağın olan “Simurq”la bacarmayıb. “Bakı”nın penaltidən hesabı açmaq imkanı olsa da, Denis İvanovun zərbəsini rəqib qapıçı Adnan Hodziç qaytarıb.
13 avqust (şənbə)
“Turan” (Tovuz) – “Kəpəz” (Gəncə) – 3:1
Qollar: Zura Dzamsaşvili, 24. Sergey Artyux, 55-pen; 80 - Ceyhun Sultanov, 5
14 avqust (bazar)
“Qarabağ” (Ağdam) – “İnter” (Bakı) – 1:0
Qol: Rauf Əliyev, 52
“Rəvan” (Bakı) - “Neftçi” (Bakı) – 0:1
Qol: Bahodir Nasimov, 17
Qırmızı vərəqə: Alessandro Viana da Silva, 90+2 (“Neftçi”)
“Sumqayıt Şəhər” – “Qəbələ” – 1:2
Qollar: Orxan Əliyev, 90+3 - Luiz Hilario, 5. Daniel Lopes Kruz, 41
AZAL (Bakı) – “Xəzər Lənkəran” – 0:3
Qollar: Adrian Pit, 13. Emeka Opara, 61; 75
“Bakı” - “Simurq” (Zaqatala) – 0:0
İstifadə olunmamış penalti: Denis İvanov, 78 (“Bakı”)
Turnir cədvəli
| Komanda | O | Q | H | M | Qollar | Xallar |
1 | Xəzər Lənkəran | 2 | 2 | 0 | 0 | 5-1 | 6 |
2 | Qəbələ | 2 | 1 | 1 | 0 | 1-0 | 4 |
3 | Turan | 2 | 1 | 0 | 1 | 3-2 | 3 |
4 | Neftçi | 1 | 1 | 0 | 0 | 1-0 | 3 |
5 | Qarabağ | 1 | 1 | 0 | 0 | 1-0 | 3 |
6 | AZAL | 2 | 1 | 0 | 1 | 3-3 | 3 |
7 | İnter | 2 | 1 | 0 | 1 | 1-1 | 3 |
8 | Kəpəz | 2 | 1 | 0 | 1 | 4-5 | 3 |
9 | Bakı | 2 | 0 | 2 | 0 | 0-0 | 2 |
10 | Simurq | 2 | 0 | 1 | 1 | 0-3 | 1 |
11 | Rəvan | 2 | 0 | 0 | 2 | 2-4 | 0 |
12 | Sumqayıt Şəhər | 2 | 0 | 0 | 2 | 2-4 | 0 |
Bombardirlər: Ceyhun Sultanov (“Kəpəz”), Emeka Opara (“Xəzər Lənkəran”) – hər ikisi 3 qol.