İspaniya Superkuboku uğrunda ilk matçda qalib müəyyənləşmədi
0
0
Lent.az-ın məlumatına görə, avqustun 14-də “Santyaqo Bernabeu” stadionunda keçirilmiş qarşılaşma 2:2 hesabı ilə nəticələnib. Hesabı 13-cü dəqiqədə “kral klubu”nun türk əsilli yarımmüdafiəçisi Məsut Özil açıb. Lakin 36-cı dəqiqədə David Vilya, 45-ci dəqiqədə isə Lionel Messinin dəqiq zərbələri sayəsində kataloniyalılar önə çıxıblar. Lakin 54-cü dəqiqədə Xabi Alonso matçın yekun nəticəsini təyin edib. Cavab görüşü avqustun 17-də “Nou Kamp” stadionunda keçiriləcək.
Qeyd edək ki, ötən mövsüm “Barselona” İspaniya çempionu, “Real Madrid” isə ölkə kubokunun qalibi olub. “Barsa” indiyədək 10 dəfə, o cümlədən 2010-cu ildə İspaniya Superkubokunu qazanıb. “Kral klubu” isə bu mükafatın 8 qat sahibidir.