“Qalatasaray”da 2 afrikalı ulduz
15 avqust 2011 12:34 (UTC +04:00)

“Qalatasaray”da 2 afrikalı ulduz

0
Lent.az-ın “Habertürk”ə istinadən verdiyi məlumata görə, İngiltərə “Arsenal”ında çıxış edən Ebue baş məşqçi Fatih Terimin istəyi əsasında transfer olunub. Cinah oyunçusunun özünə ildə 2,2 milyon avro, London klubuna 4,5 milyon avro ödəniləcək. 28 yaşlı yarımmüdafiəçi 12 milyon avroya İspaniya “Atletiko”suna satılan Arda Turanı əvəzləməlidir.


Keyta isə “Qalatasaray”a icarə əsasında qayıdacaq. 30 yaşlı hücumçu 2009-2010-cu il mövsümündə də “sarı-qırmızılar”ın heyətində çıxış edib. Lakin o, intizamsız davranışı ilə əlaqədar ötən ilin yayında Qətərin “Əl-Sədd” klubuna 8,15 milyon avroya satılıb. İndi isə qiyməti yüksək olduğundan, Keyta ildə 800 min avroya icarəyə götürüləcək. Futbolçunun özünə ayda 150 min avro ödəniləcək.


Qeyd edək ki, “Qalatasaray”ın Emmanuel Ebue və Abdul Kader Keytanın keçidi barədə ictimaiyyəti yaxın iki gün ərzində rəsmən məlumatlandıracağı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 707

Oxşar yazılar