Şevçenkonun alt çənəsini qırdılar
15 avqust 2011 15:56 (UTC +04:00)

Şevçenkonun alt çənəsini qırdılar

0
Lent.az-ın “Dinamo”nun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu həftə 35 yaşlı forvard həkim məsləhəti üçün İngiltərə və ya İtaliyaya yollanacaq. Məhz bundan sonra Şevçenkonun əməliyyata ehtiyacının olub-olmadığı və yaşıl meydanlara nə zaman qayıda biləcəyi müəyyənləşəcək. Zədə ilə əlaqədar onun məşq etməsinə və qarşıdakı oyunlarda iştirakına qadağa qoyulub.


Qeyd edək ki, Andrey Şençenko “Dinamo” – “Arsenal” matçının ikinci yarısında rəqib futbolçu Vladimir Polevlə ilə hava mübarizəsində toqquşma nəticəsində xəsarət alıb. O, ilkin yardım aldıqdan sonra meydançaya qayıtsa da, 10 dəqiqə sonra dəyişdirilməsini xahiş edib. 78-ci dəqiqədə Şevçenkonu əslən azərbaycanlı komanda yoldaşı Aleksandr Əliyev əvəzləyib. Bunadək təcrübəli forvard 37-ci dəqiqədə hesabı açıb, 38-ci dəqiqədə isə Braun İdeyeyə məhsuldar ötürmə verib. Görüş “Dinamo”nun qələbəsi ilə nəticələnib – 2:0.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 722

Oxşar yazılar