Çempionlar Liqasının “pley-off” mərhələsinə start verilir
0
0
Lent.az-ın məlumatına görə, 10 qarşılaşmanın 5-i ilk oyun günündə keçiriləcək. Çempionlar qrupunda yer alan postsovet məkanı komandalarından Belarus BATE-si ötən mərhələdə Gürcüstan “Zestafoni”sini mübarizədən kənarlaşdırmış Avstriya “Şturm”unu qəbul edəcək. Ermənistan çempionu “Pünik”in qənimi Çexiya “Viktoriya”sı Danimarkada “Kopenhagen”ə qonaq olacaq.
Günün qalan 3 matçı qeyri-çempionlar qrupuna təsadüf edəcək. “Tvente” Hollandiyada Portuqaliya “Benfika”sını, “Lion” Fransada Rusiya “Rubin”ini, “Arsenal” isə İngiltərədə İtaliya “Udineze”sini sınağa çəkəcək.
Qalan 5 görüş avqustun 17-də olacaq:
“Odense” (Danimarka) - “Vilyarreal” (İspaniya)
“Visla” (Polşa) - APOEL (Kipr)
“Bavariya” (Almaniya) - “Sürix” (İsveçrə)
“Makkabi” (Hayfa, İsrail) - “Genk” (Belçika)
“Dinamo” (Zaqreb, Xorvatiya) - “Malmö” (İsveç)
Bütün oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. Cavab görüşləri 23-24 avqustda baş tutacaq. “Pley-off” mərhələsinin 10 qalibi Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaqlar. Onları birbaşa qrup mərhələsinə vəsiqəni təmin etmiş daha 22 komanda gözləyəcək.