FİFA-dan Suriya yığmasına qadağa
20 avqust 2011 11:45 (UTC +04:00)

FİFA-dan Suriya yığmasına qadağa

0
Suriya milli komandası futbol üzrə 2014-cü ildə keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsində iştirak etməkdən kənarlaşdırılıb. Lent.az-ın verdiyi məlumata görə, bu barədə qərar FİFA-nın rəsmi saytında yerləşdirilib.

Suriya yığmasının diskvalifikasiyaya məruz qalmasının səbəbi Tacikistan yığması ilə 23 və 28 iyul tarixlərində keçirilmiş oyunlarda yol verilən pozuntudur. Həmin oyunlar zamanı Suriya yığmasında oynamaq hüququ olmayan futbolçu meydana çıxıb.

FİFA qaydalarına əsasən belə qərarlarla bağlı etiraz qəbul olunmur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 621

Oxşar yazılar