UEFA “Arsenal”ın baş məşqçisini cəzalandırdı
0
0
Lent.az-ın verdiyi məlumata görə, bu barədə məlumat UEFA-nın rəsmi saytında yerləşdirilib. UEFA Arsen Vengeri bundan öncəki diskvalifikasiya şərtlərini pozduğu üçün 2 oyunluq cəzalandırıb. Baş məşqçi 3 gün ərzində apelyasiya şikayəti verə bilər.
Qeyd edək ki, Arsen Venger 2010/2011-ci futbol mövsümündə İspaniyanın “Barselona” klubu ilə oyunda hakimi sərt tənqid etdiyi üçün 1 oyunluq diskvalifikasiya olunub. O, avqustun 16-da Arsenal və “Udineze” komandaları arasında keçirilən görüşə tribunadan baxıb. UEFA-nın qaydalarına görə, Arsen Venger diskvalifikasiya olunduğu üçün bu oyunda öz köməkçisinə və futbolçularına göstəriş verə bilməz. Lakin baş məşqçi bu qaydanı pozub və köməkçisi Boroy Primoratsla mobil telefonla əlaqə saxlayıb.