“İnter”in prezidenti 5 oyunluq, klub isə 21 min manat cərimələndi
23 avqust 2011 14:51 (UTC +04:00)

“İnter”in prezidenti 5 oyunluq, klub isə 21 min manat cərimələndi

0
Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən xəbərinə görə, matçın 90+1-ci dəqiqəsində meydançaya “İnter” klubunun azarkeşləri tərəfindən kənar əşya atıldığı üçün klub iki min manat cərimə olunub.

Həmçinin, oyunun 90+1-ci dəqiqəsində “İnter” klubunun futbolçusu Georgi Lomaya kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq, klub isə iki min manat, klubun prezidenti Georgi Nikolov icazəsiz meydançaya daxil olub komandanı meydançadan çıxardığı üçün 5 oyunluq, klub isə beş min manat məbləğində cəzalandırılıb.

Klubu özbaşına meydançanı tərk edərək oyunu davam etdirməkdən boyun qaçırdığı üçün 0:3 hesablı texniki məğlubiyyətə məhkum edilib. Eyni zamanda, on min manat cərimə olunub.

Bundan əlavə, matçdan sonra keçirilən mətbuat konfransında “İnter” klubunun baş məşqçisi Kaxaber Tsxadadze iştirak etmədiyi üçün “İnter” klubu min manat, 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün isə əlavə min manat cərimə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 630

Oxşar yazılar