“Xəzər Lənkəran”da 29-cu ölkənin 6-cı futbolçusu debüt edib
0
0
Lent.az-ın məlumatına görə, Azərbaycan yığmasının milliləşən serbiyalı futbolçusu Branimir Subaşiç karyerasında ilk dəfə Lənkəran komandasının formasını geyinib.
“Turan”la matçın ilk dəqiqələrindən meydanda olan Subaşiçə qədər 132 oyunçu “Xəzər Lənkəran”da çıxış etmişdi. Bununla da serbiyalı hücumçu “ağ-yaşıllar”ın tarixinə 133-cü futbolçu kimi düşüb. O, cari mövsüm komandada debüt edən 7-ci oyunçudur. Avropa Liqası oyunlarında Eder Bonfim, Rikardo Qomeş, Joao Paulo, Çaba Borbeli və Marius Onofraş, ötən turda isə Dejan Rusiç buna nail olub.
Komandanın şərəfini qorumuş 133 oyunçudan 52-si yerli, 81-i əcnəbidir ki, Subaşiç ölkəsinin “Xəzər Lənkəran”da 6-cı təmsilçisi olub. Ona qədər serbiyalılar Marinko Petroviç, Milorad Koraç, Miroslav Saviç, Slaven Stankoviç, Uroş Prediç bu klubda oynamışdı.
İndiyədək “Xəzər Lənkəran” forması geyinən legionerlər 29 ölkəni təmsil edir: Rumıniya – 18, Braziliya – 10, Türkiyə - 9, Serbiya – 6, Belarus - 5, Bolqarıstan - 4, Portuqaliya - 3, Albaniya, Gürcüstan, Kolumbiya, Litva – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Rusiya, Slovakiya, Argentina, Kosta-Rika, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya – hərəsi 1.