“Qarabağ”da futbolçu itkisi
0
0
Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, növbəti itki zədə ilə bağlı deyil.
Makedoniyalı legioner Nderim Nedzipinin övladı əməliyyat olunub. Bu səbəbdən 27 yaşlı yarımmüdafiəçi dərhal vətəninə yollanıb. Nedzipinin “Qəbələ” ilə növbəti oyuna yetişəcəyi gözlənilmir.
Qeyd edək ki, Unibank Premyer Liqasının IV turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Qəbələ” matçı avqustun 27-də saat 17:30-da baş tutacaq. Hazırda Bakının Suraxanı qəsəbəsindəki Tofiq İsmayılov adına stadionda məşq edən Ağdam komandası Quzanlıya avqustun 25-də yollanacaq.