Dünya çempionatında Elnur Məmmədli fiaskosu
25 avqust 2011 16:23 (UTC +04:00)

Dünya çempionatında Elnur Məmmədli fiaskosu

0
Lent.az-ın məlumatına görə, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi çempionatın 1/8 finalında ukraynalı rəqibi Artyom Vasilenko qarşısında aciz qalıb.

Bunadək xorvatiyalı Tomislav Mariyanoviçi 2 dəqiqə 20 saniyəyə, slovakiyalı Marian Benkoçkini 3 dəqiqə 57 saniyəyə mübarizədən kənarlaşdıran Məmmədli 1/16 finalda mərakeşli Safuan Attafa hakimlərin rəyi ilə qalib gəlib. Vasilenko ilə qarşılaşmada isə cüdoçumuz xeyli zəif təsir bağışlayıb. Ukraynalı idmançı həmyerlimizdən əvvəlcə 2 dəfə yuko, 1 dəfə saxlama fəndi ilə vazzari xalları alıb, görüşün sonuna 10 saniyə qalmış onu ipponla məğlub edib.

Beləliklə, Elnur Məmmədli dünya çempionatında medalsız qalıb. Əvəzində 81 kq çəki dərəcəsindəki digər təmsilçimiz Elxan Rəcəbli ¼ finaladək irəliləyə bildiyindən, bürünc medal uğrunda təsəlliverici görüşlərə çıxacaq. Rəcəbli ardıcıl olaraq, ficili Yosateki Naulunu 1 dəqiqə 57 saniyəyə, çexiyalı Yaromir Musili 2 dəqiqə 4 saniyəyə, yaponiyalı Takahiro Nakaini 5 dəqiqəyə yendikdən sonra fransalı Lua Pietriyə uduzub. O, ilk təsəlliverici görüşdə İvan rusiyalı Nifontovla qarşılaşacaq.

Bu gün mübarizəyə qoşulan qadın cüdoçumuz Ramilə Yusubova isə cənubi koreyalı Po Sum Leunqu 14 saniyəyə, moldovalı Marianna Davıdovanı 5 dəqiqəyə məğlub etsə də, hollandiyalı Anika van Emdenə 31 saniyəyə uduzaraq, çempionatla vidalaşıb.

Qeyd edək ki, hələlik cüdoçularımızdan yalnız İlqar Müşkiyev medal qazana bilib. 60 kq çəkidəki təmsilçimiz bürünc medala sahib olub. Nicat Şıxəlizadə (60 kq), Tərlan Kərimov (66 kq), Renat Mirzəliyev (73 kq) və Kifayət Qasımova (57 kq) isə medalsız qalıblar. Avqustun 26-da son 2 cüdoçumuz – Elxan Məmmədovla (90 kq) Elmar Qasımov (100 kq) tatamiyə çıxacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 685

Oxşar yazılar