“Azərbaycana vaxt və təcrübə lazımdır” – MÜSAHİBƏ
0
0
- Cənab Perurena, dünya çempionatını sonadək izlədiniz. Yarış barədə nə deyə bilərsiniz?
- Dünya çempionatı möhtəşəm keçdi. Yüksək təşkilatçılıq və mübarizə əzmi, azarkeşlərin böyük marağı məni valeh etdi. Fikrimcə, biz fantastik və yüksək səviyyəli dünya çempionatının şahidi olduq.
- Bu dünya çempionatında kanoeçilərimiz 1 qızıl, 3 gümüş medal qazandılar...
- Azərbaycanın kanoe yığmasının göstərdiyi nəticə mənim üçün yeni deyil. Ölkənizin çox yaxşı atletləri var və onlar yüksək nəticələr göstərirlər. Çox güclü komandaya maliksiniz. Düşünürəm ki, 2012-ci il London Yay Olimpiya Oyunlarında bir neçə medal qazana bilərsiniz.
- Valentin Demyanenko karyerasında 3-cü dəfə dünya çempionu oldu. Onun barəsində nə deyə bilərsiniz?
- Demyanenkonun çoxlu pərəstişkarı var, barəsində jurnalistlər də çox yazırlar. Buna dünya çempionatında da şahidlik etdik. Demyanenko olimpiadada da uğurlu çıxış etmək üçün çox böyük imkanlara malikdir.
- Siz bu il 9 – 13 martda Azərbaycanda səfərdə oldunuz və Mingəçevir şəhərində istifadəyə verilən “Kür” Olimpiya Mərkəzinə baş çəkdiniz. Yaxın vaxtlarda ölkəmizdə nüfuzlu beynəlxalq yarışların təşkili mümkündürmü?
- Nüfuzlu yarışa təşkilatçılıqdan öncə vaxt və təcrübə lazımdır. Macarıstandakı dünya çempionatının təşkilati işlərinə 500-dən çox insan cəlb olunmuşdu. Azərbaycanda böyüklər arasında dünya çempionatı keçirməmişdən öncə Avropa çempionatı və ya yeniyetmələr arasında dünya birinciliyi təşkil etmək olar. Sonra isə dünya çempionatı keçirmək mümkündür. Niyə də olmasın? Mən özüm Azərbaycanda səfərdə olarkən Mingəçevir şəhərində Beynəlxalq Prezident Kuboku adlı yaxşı reqatanın şahidi oldum. Azərbaycanda kanoe növü inkişaf edir. Gözəl baza istifadəyə verilib. Digər tərəfdən, 1960-cı il Roma Yay Olimpiya Oyunlarından sonrakı bütün dünya çempionatları yüksək səviyyədə təşkil olunub. Yenə deyirəm, belə yüksək səviyyəli yarış keçirmək üçün Azərbaycana vaxt və təcrübə lazımdır.