Türkiyə futbolunda xuliqan fanatları qadınlar və uşaqlarla əvəzlədilər
Türkiyə Futbol Assosiasiyası yerli klubların oyunlarındakı çaxnaşmalarla mübarizə məqsədilə radikal tədbirlərə əl atıb. Lent.az-ın məlumatına görə, bundan sonra intizam sanksiyalarına məruz qalan komandaların oyunlarına kişilərin girişi qadağan olunacaq.
Əvəzində qadınlar və 12 yaşadək uşaqlar matça pulsuz daxil olacaqlar. Bu qayda ilə ilk görüş sentyabrın 20-də baş tutub. Həmin gün İstanbuldakı “Şükrü Saracoğlu” stadionunda “Fənərbağça” ilə “Manisaspor” arasında keçirilmiş oyunu 41 min qadın və uşaq izləyib. Səbəb kimi “Fənər”in intizam sanksiyasına məruz qalması göstərilib. Stadionun girişində qonaqları qadın polislər qarşılayıblar. Futbolçular onları tribunalara gül atmaqla salamlayıblar.
Qeyd edək ki, 2011-ci ilin iyulunda Ukrayna “Şaxtyor”u ilə keçirdiyi yoldaşlıq görüşünü “Fənərbağça”nın azarkeşləri pozublar. Matçın ikinci hissəsində minlərlə fanat klub prezidenti Aziz Yıldırımın danışılmış oyunlarda iştirakı ilə əlaqədar həbsinə etiraz edərək, meydançaya soxulublar. Azarkeşlər görüşü işıqlandıran jurnalistlərə qarşı da aqressiv davranıblar.

Oxşar yazılar

Soyunub-geyinmə otağındakı davadan sonra transfer siyahısına qoyuldular
21 avqust 2025 , 09:32
Qalmaqallı boksçu çıxışını dayandırdı
21 avqust 2025 , 06:52
Qadın güləşçimiz dünya çempionatının finalında
21 avqust 2025 , 05:22
Çempionlar Liqası: “Fənər”dən qolsuz heç-heçə
21 avqust 2025 , 01:03
“Qalatasaray” onu 8 milyona satdı
20 avqust 2025 , 19:37
Fransada futbol klubu ləğv olunur
20 avqust 2025 , 17:56
Futbol tarixində ən çox oyun keçirən kimdir? - REKORD
20 avqust 2025 , 16:58