Teves yığmaya çağırılmadı
0
0
Futbol üzrə Argentina milli komandasının baş məşqçisi Alexandra Sabelya Çili və Venesuela ilə keçirəcəkləri 2014-cü il dünya çempionatının seçmə qrup matçları üçün heyəti açıqlayıb. Lent.az-ın məlumatına görə, Sabelya İngiltərənin “Mançester Siti” klubunun forvardı Karlos Tevesə dəvət göndərməyib.
Əvəzində İtaliya “Cenoa”sında çıxış edən hücumçu Rodriqo Palasio 2008-ci ildən sonra ilk dəfə milliyə çağırılıb. Ümumiyyətlə, Argentina yığmasına 24 oyunçu – 2 qapıçı, 8 müdafiəçi, 8 yarımmüdafiəçi, 6 hücumçu çağırılıb. Argentina Çilini oktyabrın 7-də Buenos-Ayresdə qəbul edəcək, oktyabrın 11-də isə Venesuelanın qonağı olacaq. Bu görüşlər öncəsi – sentyabrın 29-da Sabelyanın komandası Braziliya ilə yoldaşlıq matçına çıxacaq. Lakin bu qarşılaşmada yalnız Cənubi Amerika klublarında oynayan futbolçular forma geyinəcəklər.