Dabanla penaltidən qol vuran futbolçu öldü - FOTO
26 sentyabr 2011 16:39 (UTC +04:00)

Dabanla penaltidən qol vuran futbolçu öldü - FOTO

0
Birləşmiş Ərəb Əmirlikləri yığmasının futbolçusu Teyabu Avana avtomobil qəzasında ölüb. Lent.az-ın məlumatına görə, hadisə Əbu-Dabi şəhərində baş verib.

Millinin düşərgəsindən qardaşı ilə birgə qayıdarkən 21 yaşlı yarımmüdafiəçinin avtomobili yük maşını ilə toqquşub. Nəticədə Avana yerindəcə keçinib, qardaşı isə reanimasiyadadır.

Qeyd edək ki, Teyabu Avana iyulda Livanla yoldaşlıq görüşündə dabanı ilə penaltidən qol vurduqdan sonra daha çox tanınmağa başlayıb. Həmin görüş 7:2 hesabı ilə nəticələnib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 777

Oxşar yazılar