Olimpiada-2012: Daha 20 dəst medal uğrunda
0
0
Lent.az-ın məlumatına görə, Azərbaycan idmançıları avqustun 1-də 4 medal uğrunda mübarizə aparacaqlar.
Cüdoçumuz Elxan Məmmədov 90 kq çəki dərəcəsində yarışacaq. Mübarizəyə yerli vaxtla saat 9:30-da (Bakı vaxtı ilə 13:30-da) start veriləcək. 1/16 finaldan çıxış etməyə başlayacaq Məmmədovun ilk rəqibi almaniyalı Kristof Lambert olacaq.
Güllə atıcımız İradə Aşumova və velosipedçimiz Yelena Çalıx medal üçün növbəti şansdan yararlanmağa çalışacaq. Aşumova 25 metr məsafəyə tapançadan atəş açacaq. Seçmə mərhələ saat 13:00-da başlayacaq. Atıcımız 19 rəqib arasından finala yüksəlməyə çalışacaq. Çalıx ayrı-ayrı startlarla veloşosse yürüşündə iştirak edəcək. O, saat 16:30-dan etibarən 16 rəqibə qarşı mübarizə aparacaq. Nəhayət, qılıncoynadanımız Səbinə Mikina sablya növündə mübarizəyə qatılacaq. Saat 17:30-da ilk döyüşünə çıxacaq Mikina mübarizəyə 1/16 final mərhələsindən başlayacaq. Onun ilk rəqibi almaniyalı Alexandra Buydoso olacaq.
Eyni zamanda akademik avarçəkənlərimiz Aleksandr Aleksandrov Bakı vaxtı ilə saat 15:30-da yarımfinal yürüşünə qatılacaq. Onun rəqibləri çinli Lianq Çanq, argentinalı Santyaqo Fernandes, çexiyalı Andrey Sinek, ¼ finalda Aleksandrovu geridə qoymuş böyük britaniyalı Alan Kempbell və belçikalı Tim Meyens olacaq.
Boksçularımız Məhəmməd Əbdülhəmidov (56 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) isə 1/8 finala təsadüf edən ilk döyüşlərinə çıxacaqlar. Saat 19:15-də Məcidov konqolu Meji Mvanba, gecə saat 01:15-də Əbdülhəmidov yaponiyalı Satoşi Şimuzu ilə, saat 01:30-da isə Məmmədov avstraliyalı Jay Tapu Opetaya ilə üz-üzə gələcək.
Bu gün medallar aşağıdakı növlərdə sahiblərini tapacaq (başlama saatı Bakı vaxtı ilə göstərilib):
14:00. Ağırlıqqaldırma. Kişilər. 77 kq
14:10. Akademik avarçəkmə. Qadınlar. 2 nəfərlik təkavarlı qayıq
14:20. Akademik avarçəkmə. Qadınlar. 4 nəfərlik qoşa avarlı qayıq
14:30. Akademik avarçəkmə. Kişilər. 8 nəfərlik qayıq
16:30. Ağırlıqqaldırma. Qadınlar. 69 kq
16:30. Veloşosse. Qadınlar. Ayrı-ayrı startlarla yürüş (Yelena Çalıx)
18:15. Veloşosse. Kişilər. Ayrı-ayrı startlarla yürüş
19:00. Suyatullanma. Kişilər. 3 metrlik tramplin. Sinxron tullanma
19:15. Kayak-slalom. Kişilər. 1 nəfərlik qayıq
19:30. Atıcılıq. Qadınlar. Tapança ilə 25 metr məsafəyə atış (İradə Aşumova)
19:30. Stolüstü tennis. Qadınlar. Fərdi mübarizə
20:00. Cüdo. Qadınlar. 70 kq. Final
20:10. Cüdo. Kişilər. 90 kq. Final (Elxan Məmmədov)
20:30. İdman gimnastikası. Kişilər. Çoxnövçülük.
23:30. Üzgüçülük. Kişilər. Brass, 200 metr
00:00. Qılıncoynatma. Kişilər. Şəxsi birincilik
00:30. Qılıncoynatma. Qadınlar. Sablya. Şəxsi birincilik (Səbinə Mikina)
00:10. Üzgüçülük. Qadınlar. Batterflay, 200 metr
00:20. Üzgüçülük. Kişilər. Sərbəst üsulla, 100 metr
01:00. Üzgüçülük. Qadınlar. Sərbəst üsulla, 4x200 metr