14 cüdoçumuz  böyük mübarizəyə girir
27 avqust 2026 12:18 (UTC +04:00)

14 cüdoçumuz böyük mübarizəyə girir

0

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 28–30 avqust tarixlərində İsveçrənin Lozanna şəhərində cüdo üzrə Böyük Dəbilqə turniri keçiriləcək.

Apasport.az xəbər verir ki, Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda Azərbaycan 9 çəki dərəcəsində 14 idmançı ilə təmsil olunacaq. Onlardan 10-u kişi, 4-ü qadın cüdoçudur.

Millimizin hazırlığına kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov və Slavko Tekiç, qadınlardan ibarət komandanın baş məşqçisi Amina Abdellatif rəhbərlik edəcək.

Üç gün davam edəcək turnirdə 78 ölkədən 518 cüdoçunun – 309 kişi və 209 qadının iştirakı gözlənilir.

Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, “A” kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.

Heyəti təqdim edirik:

Qadınlar 

52 kq
Gültac Məmmədəliyeva 
Leyla Əliyeva 

70 kq
Südabə Ağayeva 

+78 kq
Madina Kaisinova

Kişilər

60 kq
Əhməd Yusifov 

66 kq
Turan Bayramov 
Ruslan Paşayev 

73 kq
Kamran Süleymanov 
Rəşid Məmmədəliyev 

81 kq
Ömər Rəcəbli
Vüsal Qələndərzadə 

90 kq
Vüqar Talıbov 

+100 kq
Kənan Nəsibov 
Uşanqi Kokauri

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 184

Oxşar yazılar