40 milyonluq futbolçunu ərəblərə 70 milyona satırlar
23 avqust 2025 18:04 (UTC +04:00)

40 milyonluq futbolçunu ərəblərə 70 milyona satırlar

“Portu” və “Əl-İttihad” şənbə günü yarımmüdafiəçi Rodriqo Moranın transferi ilə bağlı danışıqlar aparacaqlar.

Lent.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu 18 yaşlı portuqaliyalı oyunçunun müqaviləsində göstərilən 70 milyon avroluq təzminatı ödəməyə hazırdır.

Transfermarkt portalı isə futbolçunun dəyərini 40 milyon avro olaraq qiymətləndirir.

2024/25 mövsümündə Mora bütün turnirlərdə 40 oyuna çıxıb, 12 qol vurub və 4 qol ötürməsi edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 340

Oxşar yazılar