Arda Gülər
23 aprel 2026 16:54 (UTC +04:00)

Arda Gülər

Arda Gülər ağır zədə aldı: mövsümü erkən başa vurdu

0

İspaniya nəhəngi "Real" Türkiyə millisinin də 21 yaşlı futbolçusu Arda Gülərin səhhəti ilə bağlı rəsmi bəyanat yayıb.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, klubun tibbi müayinələrindən sonra gənc istedadın sağ ayaq əzələsində zədə aşkarlandığı məlum olub.

İlkin proqnozlara görə, Arda Gülər ən azı 4 həftə yaşıl meydanlardan uzaq qalacaq. Madrid təmsilçisinin rəhbərliyi və texniki heyəti risk etməmək üçün futbolçunun mövsümün qalan oyunlarında iştirak etməməsinə qərar verib. Bu isə o deməkdir ki, Arda "Real"in "Real Betis"lə keçiriləcək növbəti oyununda və digər qarşılaşmalarda komandasına kömək edə bilməyəcək.

Bu mövsüm bütün turnirlər daxil olmaqla 50 oyunda 6 qol və 14 məhsuldar ötürmə ilə yadda qalan futbolçu, hazırda bütün diqqətini bərpa prosesinə yönəldib. Arda Gülərin əsas məqsədi iyun ayında ABŞ, Kanada və Meksikanın ortaq ev sahibliyi ilə keçiriləcək Dünya Çempionatına qədər tam hazır vəziyyətə gəlməkdir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 306

Oxşar yazılar