“Bayer” yarımfinalda, “Milan” və “Liverpul” mübarizəni dayandırdı -YENİLƏNİB
19 aprel 2024 01:59 (UTC +04:00)

“Bayer” yarımfinalda, “Milan” və “Liverpul” mübarizəni dayandırdı -YENİLƏNİB

UEFA Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları başlayıb. 

Lent.az Apasport.az-a istinadən xəbər verir ki, bu gün 4 qarşılaşma keçirilib. 

İngiltərə klubları meydana revanş üçün çıxıblar. “Liverpul” “Atalanta” ilə, “Vest Hem” isə “Bayer”lə dueldə mübarizəni dayandırıb.

İtaliya klublarının qarşılaşmasında “Roma” “Milan”dan güclü olub. “Benfika” Marsel səfərində üstünlüyünü qoruya bilməyib. Cütün taleyini penalti zərbələri həll edib. Daha dəqiq olan fransalılar yarımfinala yüksəliblər.

Qeyd edək ki, yarımfinalda "Roma" "Bayer"lə, "Atalanta" "Marsel"lə qarşılaşacaq. Oyunlar mayın 2-də və 9-da keçiriləcək.

Avropa Liqası
1/4 final, cavab oyunları
18 aprel
23:00. “Roma” – “Milan” - 2:1

İlk oyun – 1:0

23:00. “Atalanta” – “Liverpul” - 0:1
İlk oyun – 3:0

23:00. “Vest Hem” – “Bayer” - 1:1
İlk oyun – 0:2

23:00. “Marsel” – “Benfika” - 1:0, pen. 4:2
İlk oyun – 1:2

***

01:25

 

UEFA Avropa Liqasında yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub.

Lent.az xəbər verir ki, İtaliya təmsilçisi "Atalanta" doğma meydanda İngiltərənin "Liverpul"una 0:1 hesabı ilə məğlub olsa da, ilk oyunda aldığı 3:0 hesablı üstünlüyə görə adını yarımfinala yazdırıb.

1/4 final mərhələsinin İtaliya duelində "Roma" və "Milan" komandaları üz-üzə gəliblər. İlk matçda rəqibinə 1:0 hesabı ilə qalib gələn "canavarlar" bu dəfə də üstün olaraq yarımfinala adlayıblar - 2:1.

Almaniya "Bayer"i İngiltərədə "Vest Hem"lə 1:1 hesablı heç-heçə etsə də, ilk görüşdə (2:0) qazandığı qələbə sayəsində 1/2 finala vəsiqə əldə edib.

# 2022
avatar

Oxşar yazılar