Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
11 noyabr 2026 15:01 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

Ərdoğan COP31-in hazırlıqlarına verdiyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COP31-in hazırlıqlarına verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

APA xəbər verir ki, Ərdoğan bu barədə Türkiyənin Antalya şəhərində keçirilən COP31 Liderlər Sammitində çıxışı zamanı bildirib.

Türkiyə Prezidenti BMT-nin Baş katibi Antonio Quterreşə konfransın hazırlıqlarına göstərdiyi dəstəyə, Avstraliyanın Baş naziri Entoni Albanizə isə COP31 üçün hazırlanmış yeni tərəfdaşlıq modelinə verdiyi töhfəyə görə minnətdarlığını ifadə edib.

O, həmçinin, əvvəlki COP sədrliklərinin təcrübələrini bölüşdüklərinə görə Braziliyaya və Azərbaycana təşəkkür edib: “Əvvəlki COP sədrliklərinin təcrübələrini bizimlə bölüşən Braziliyaya və can Azərbaycanımıza da ayrıca təşəkkürümü bildirirəm. Türkiyə olaraq COP Liderlər Sammitinə ilk dəfə ev sahibliyi etməyin haqlı qürurunu yaşayırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 122

Oxşar yazılar