Transfer pəncərəsi bağlanana qədər 9 futbolçunun “Çelsi”dən ayrılacağına zəmanət verilir.
Lent.az-ın xəbərinə görə, “Sun Sport” məlumatı onunla əsaslandırır ki, futbolçular klubun rəsmi saytında əsas komandanın oyunçuları siyahısından çıxarılıb. Yoxlanılıb - doğrudur. İnanmırsınız? Özünüz baxın.
“Sun Sport”a güvənmək avanyüradır. Ancaq bu doqquz oyunçu, hər şeyə baxanda, bir daha mavi köynəklə meydanda olmayacaq:
• Rahim Sterlinq;
• Ben Çiluell;
• Karni Çukvuemeka;
• Armando Broya;
• Lesli Uqoçukvu;
• Aksel Disasi;
• Renato Veyqa;
• Alfi Qilkrist;
• David Fofana.