"Fənərbaxça" 17 yaşlı oyunçusunu PSJ-yə  vermədi
04 fevral 2023 19:30 (UTC +04:00)

"Fənərbaxça" 17 yaşlı oyunçusunu PSJ-yə vermədi

PSJ 17 yaşlı türkiyəli yarımmüdafiəçisini almaq istəyib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, fransız klubu Arda Güləri heyətinə qatmaq üçün “Fənərbaxça” ilə rəsmi danışıqlar da aparıb. Lakin Türkiyə klubu təklifi qəbul etməyib. Səbəb isə “Fənərbaxça”nın Ardanı hələ bir neçə sezon da heyətində saxlamaq istəyi olub.

Qeyd edək ki, Arda Gülər “Fənərbaxça”nın yetirməsidir. O, doğma klubunda 17 matça çıxıb və 3 qol vurub. Transfer dəyəri 10 milyon avro olan Arda 2025-ci ilədək hazırki klubda qalacaq.

# 2229
avatar

Oxşar yazılar