İngiltərədə oynamaqdan yoruldu:  Getmək istəyir
04 iyul 2022 17:55 (UTC +04:00)

İngiltərədə oynamaqdan yoruldu: Getmək istəyir

Bernardo Silva İngiltərədə oynamaqdan yorulub və "Mançester Siti"ni tərk etmək istəyir. 

Lent.az xarici mediaya istinadla bildirir ki, portuqaliyalı yarımmüdafiəçi artıq bu barədə agenti Jorje Mendeşə, eləcə də “şəhərlilərin”in baş məşqçisi Pep Qvardiolaya məlumat verib

27 yaşlı futbolçu "Barselona"ya keçmək və gələn mövsüm Kataloniya klubunda oynamaq istəyir.

Xatırladaq ki, daha əvvəl mətbuatda portuqaliyalı yarımmüdafiəçinin yay transfer pəncərəsində "Barselona"nın prioritet hədəflərindən biri olacağı barədə məlumat yayılmışdı.

Lakin İngiltərə çempionu yarımmüdafiəçi üçün 80 milyon avro istəyib ki, bu da ciddi maliyyə problemləri səbəbindən kataloniyalılar üçün problem yarada bilər. Silva ötən mövsüm Premyer Liqada 35 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə edib.

# 1617
avatar

Oxşar yazılar