Boks üzrə keçmiş çempion Mayk Tayson bütün zamanların ən böyük idmançılarının adını çəkib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, amerikalı Şakil O'Nil ilə birlikdə “The Big Podcast”da şouda iştirak edib və burada bütün zamanların ən böyük basketbolçusu və boksçusunun adlarını söyləyib.
"Ən böyük basketbolçu? Mən Cordanın tərəfindəyəm.
Bütün zamanların ən böyük boksçusu? Mən. Və bu eqoistlik deyil. Statistikalar var. Bütün günyadan soruşun”, - Maykl vurğulayıb.
Keçən ilin noyabrında Mayk youtuber və boksçu Ceyk Pola məğlub olub.