Mourinyo “Real”a, yoxsa “Yuventus”a gedəcək?  – Özü cavab verdi
30 aprel 2026 12:55 (UTC +04:00)

Mourinyo “Real”a, yoxsa “Yuventus”a gedəcək? – Özü cavab verdi

0

"Benfika"nın baş məşqçisi Joze Mourinyo adının "Real" və "Yuventus"la hallandırılması şayiələrinə münasibət bildirib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Xabi Alonso ilə yollarını ayırıb komandanı müvəqqəti olaraq Alvaro Arbeloaya həvalə etdikdən sonra "Real"ın mövsümün sonunda baş məşqçi dəyişikliyi etməsi gözlənilir. Hazırda ən güclü namizəd əvvəllər klubu çalışdıran Joze Mourinyodur.

Hazırda "Benfika"nı çalışdıran Joze Mourinyo İtaliyanın "Il Giornale" qəzetinə verdiyi müsahibədə onu "Real" və "Yuventus"la əlaqələndirən şayiələrə cavab verib. Mourinyo hazırda yeganə diqqətinin "Benfika"ya yönəldiyini bildirib.

Portuqaliyalı məşqçi deyib: “Real”a, yoxsa “Yuventus”a gedəcəyəm? Xeyr, növbəti məqsədim “Benfika”nı Çempionlar Liqasına aparmaqdır. Fövqəladə bir səyahətimiz oldu. Avropada liqa oyunlarında uduzmayan yeganə komandayıq. Növbəti üç oyunda qalib gəlsək, Avropanın ən böyük kubokunda oynayacağıq. Ağlımda olan tək şey budur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 221

Oxşar yazılar