Oyunda maraqlı məqam:  2 sarı vərəqə aldı,   meydandan qovulmadı
19 aprel 2024 19:39 (UTC +04:00)

Oyunda maraqlı məqam: 2 sarı vərəqə aldı, meydandan qovulmadı

“Aston Villa” UEFA Avropa Konfrans Liqasının 1/4 finalında qarşılaşdığı "Lill"i məğlub edərək yarımfinala yüksəlib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Fransada keçirilən cavab oyununda iki sarı vərəqə alan argentinalı qapıçı Emiliano Martinezin meydandan qovulmaması diqqət çəkən olub.  

UEFA Avropa Konfrans Liqasının 1/4 final mərhələsində evdə 2:1 hesabı ilə qalib gəldikləri ilk oyunun revanş oyununda “Lill”lə “Aston Villa” üz-üzə gəlib.

“Lill” 90 dəqiqə və əlavə vaxtda “Aston Villa” üzərində 2-1 üstün olub və oyun penaltilərə qədər gedib.  

Lakin qarşılaşmada qeyri-adi hadisə baş verib. 39-cu dəqiqədə aldığı sarı vərəqədən sonra "Aston Villa"nın qapıçısı Emiliano Martinez penaltilər seriyası zamanı tribunalara qarşı hərəkətinə görə sarı vərəqə alıb.  

Penaltini dəf etdikdən sonra rəqib azarkeşlərə "sus" işarəsi atan Emiliano Martinez ikinci sarı vərəqəsini alsa da, penaltilərdən əvvəl vərəqələr sıfırlandığı və oyunu tamamladığı üçün qırmızı vərəqə almayıb.

Son penaltini də dəf edən Emiliano Martinez komandasının yarımfinala yüksəlməsində aparıcı rol oynayıb.

# 2484
avatar

Oxşar yazılar