Qvardiola karyerasına son qoyur
07 dekabr 2023 11:20 (UTC +04:00)

Qvardiola karyerasına son qoyur

“Mançester Siti”nin baş məşqçisi Xose Qvardiola bu mövsümün sonunda karyerasını hansı şərtlə tərk edəcəyini açıqlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, o, komandası bu mövsüm trebl qazanacağı təqdirdə istefa verəcəyini açıqlayıb:

“Bu mütləqdir. Mən bilirəm ki, bu, son dərəcə çətindi. İngiltərədə oynamış çoxlu inanılmaz komandalar var və bunu yalnız bir Aleks Ferqyusonla bacardıq. Biz də keçən mövsüm özümüz bunu bacarmışıq”.

Xatırladaq ki, Qvardiola 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir. Mütəxəssisin klubla müqaviləsi 2025-ci ilə qədərdir. “Mançester Siti” hazırda 30 xalla Premyer Liqanın turnir cədvəlində 4-cü yerdədir. Komanda lider “Arsenal”dan 6 xal geri qalır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12276
avatar

Oxşar yazılar