Dünyanın  ən varlı   üç musiqiçisi  AÇIQLANDI
12 noyabr 2026 09:52 (UTC +04:00)

Dünyanın ən varlı üç musiqiçisi AÇIQLANDI

0

“Forbes” jurnalı dünyanın ən varlı musiqiçilərinin adlarını açıqlayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahıya 2,8 milyard dollar sərvəti ilə 56 yaşlı reper Cey-Z (Jay-Z) başçılıq edir.

İkinci yerdə sərvəti 2 milyard dollar qiymətləndirilən 36 yaşlı amerikalı müğənni Teylor Svift qərarlaşıb.

İlk üçlüyü isə 84 yaşlı əfsanəvi britaniyalı musiqiçi Pol Makkartni tamamlayıb.

Nəşrin hesablamalarına görə, “The Beatles” qrupunun keçmiş üzvünün sərvəti ən azı 1,4 milyard dollardır. Onun gəlirlərinin əsas hissəsini musiqi əsərlərinə müəllif  hüquqlarından əldə etdiyi vəsait təşkil edir.

Makkartni 1969-cu ildə "MPL Communications" nəşriyyat şirkətini təsis edib. Şirkət digər ifaçıların əsərləri də daxil olmaqla minlərlə musiqi kompozisiyasının hüquqlarına sahibdir. Hazırda bu biznesin dəyəri ən azı 250 milyon dollar qiymətləndirilir.

Bundan əlavə, musiqiçi “The Beatles” qrupunun səsyazmalarından da gəlir əldə edir. "Apple Corps" şirkəti hər il 50 milyon dollardan çox gəlir qazanır və bu məbləğin dörddə biri Makkartniyə çatır.

Sənətçinin sərvətinə Böyük Britaniya və ABŞ-də yerləşən daşınmaz əmlaklar, Pikasso və Maqrittin əsərlərinin də daxil olduğu rəsm kolleksiyası, həmçinin dünya turnelərindən əldə edilən gəlirlər daxildir. 84 yaşına baxmayaraq, Makkartni musiqi fəaliyyətini davam etdirir, yeni əsərlər yazır və konsertlər verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 112

Oxşar yazılar