Bakıda maşın körpüdən aşdı - VİDEO  - YENİLƏNİB
12 noyabr 2026 10:51 (UTC +04:00)

Bakıda maşın körpüdən aşdı - VİDEO - YENİLƏNİB

0

Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti açıqlanıb.

Lent.az xəbər verir ki, Babək prospektində körpüdən aşan BMW-nin 19 yaşlı sürücüsü Vüsal Nəsirli xəstəxanadan evə buraxılıb.

TƏBİB-in məlumatına görə, döş qəfəsi və bud-çanaq nahiyəsindən əzik xəsarətləri alan sürücünün vəziyyəti qənaətbəxş qiymətləndirilib.

Vüsal Nəsirli

***
11 noyabr, saat: 11:07

Bakıda avtomobil körpüdən aşıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən xəbərə görə, hadisə bu gün səhər saatlarında Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yqeydə alınıb. Minik avtomobillərindən biri körpünün üzərindən köməkçi yola aşıb. 

Qəza nəticəsində Günəşli qəsəbəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hazırda polis yaranmış sıxlığın aradan qaldırılması və nəqliyyatın hərəkətinin tənzimlənməsi istiqamətində zəruri tədbirlər görür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1124

Oxşar yazılar