"Real" Vinisiusu satacaq  - SƏBƏB
26 iyul 2025 13:01 (UTC +04:00)

"Real" Vinisiusu satacaq - SƏBƏB

"Real Madrid" rəhbərliyi 25 yaşlı braziliyalı hücumçu Vinisius Junioru 2026-cı ildə satmaq variantını nəzərdən keçirir.

Lent.az xəbər verir ki, Los Blankos forvardla 2027-ci ilin iyununda başa çatacaq müqaviləsinin uzadılması ilə razılaşa bilmir. Vinisius maaşını Kilian Mbappenin gəliri səviyyəsinə qədər artırmaq istəyir, lakin klub belə şərtlərlə razılaşmağa hazır deyil.

Danışıqlar nəticə verməsə, Kral Klubu 2026-cı ildən gec olmayaraq braziliyalını satmağa çalışacaq.

Yayda baş tutan Klublararası Dünya Çempionatında 2025-ci ildə Vinisius altı oyunda iştirak edib, bir qol vurub və bir məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 406

Oxşar yazılar