"Real"ın kapitanı klubu tərk edir
20 aprel 2024 18:16 (UTC +04:00)

"Real"ın kapitanı klubu tərk edir

“Real Madrid”in kapitanı Naço Fernandes mövsümün sonunda klubu tərk edəcəyini məşqçilər korpusuna və komanda yoldaşlarına açıqlayıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, 34 yaşlı ispan müdafiəçinin müqaviləsi iyunda başa çatır. Onun qərarı ilə bağlı “qaymaqlılar”ın prezidenti Florentino Perezə məlumat verdiyi bildirilir. Mənbənin məlumatına görə, futbolçu ilə Milan “İnter”i maraqlanır.

Naço bu mövsüm klubda 36 oyun keçirib. O, “kral klubu”nun yetirməsidir və karyerası boyu klubu təmsil edib. O, komanda ilə birlikdə üç dəfə İspaniya çempionatını, iki dəfə ölkə kubokunu qazanıb. Beş dəfə İspaniya Superkubokunun, Çempionlar Liqasının, Klublararası dünya çempionatının, dörd dəfə UEFA Superkubokunun qalibi olub.

# 1716
avatar

Oxşar yazılar