Sevgilisi ilə tətilə  getmişdi: "Real"da Kilian Mbappe böhranı 
05 may 2026 14:33 (UTC +04:00)

Sevgilisi ilə tətilə getmişdi: "Real"da Kilian Mbappe böhranı 

0

"Real"ın fransız hücumçusu Kilian Mbappenin sevgilisi Ester Ekspozito ilə İtaliyaya səfəri komanda yoldaşları arasında narahatlıq yaradıb.

Mbappe zədə səbəbindən sıradan çıxsa da, onun səfəri klub daxilində tənqidlərə səbəb olub.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Mbappe mayın 3-də keçirilən “Espanyol” oyunundan əvvəl sevgilisi Ester Ekspozito ilə birlikdə İtaliyada qayıqda görüntülənib və bu görüntü nə azarkeşlər, nə də komandanın ulduz oyunçuları tərəfindən birmənalı qarşılanmayıb.

Image

Məlumata görə, oyunçunun diqqət mərkəzindən kənarda qalmaq və kameralardan yayınmaq istəməməsi komanda daxilində narahatlıq yaradıb.

Mbappe bu mövsüm "Real"da 41 rəsmi oyunda 41 qol vurub və 6 məhsuldar ötürmə edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 162

Oxşar yazılar