Suaresin “Qremio”dan  getdiyi   təsdiqləndi
03 dekabr 2023 10:12 (UTC +04:00)

Suaresin “Qremio”dan getdiyi təsdiqləndi

Braziliyanın “Qremio” klubunun baş məşqçisi Renato Qauşo uruqvaylı hücumçu Luis Suaresin komandadan ayrıldığını təsdiqləyib.

“Əlbəttə, biz onun üçün darıxacağıq. Hamı onu çox sevir. Böyük peşəkar və dünyanın dörd ən yaxşı hücumçusundan biri ilə işləmək xoş idi. Onsuz da boşluq qalacaq”, –  Lent.az xarici mediaya istinadən məlumat verir ki, Qauşo vurğulayıb.

Daha əvvəl Luis Suaresin karyerasını Amerikanın "İnter Mayami" klubunda davam etdirəcəyi bildirilirdi.

Suares 2023-cü ilin əvvəlində Uruqvayın "Nasional" klubundan azad agent kimi "Qremio"ya keçib. Bu mövsüm hücumçu bütün yarışlarda 51 oyunda 23 qol vuraraq komandanın bombardiri olub. “Qremio” hazırda Braziliya A Seriyasında 5-ci yerdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3729
avatar

Oxşar yazılar