Türkiyədə Coşqun və Bəxtiyarın dueli -VİDEO
04 aprel 2024 11:25 (UTC +04:00)

Türkiyədə Coşqun və Bəxtiyarın dueli -VİDEO

Türkiyə 1-ci liqasının 28-ci turunda Azərbaycan millisinin üzvləri qarşılaşıb.

Apasport.az xəbər verir ki, Bəxtiyar Həsənəlizadənin formasını geyindiyi "Tuzlaspor" Coşqun Diniyevin oynadığı "Ümraniyəspor"la üz-üzə gəlib.

Qarşılaşmada qalib müəyyənləşməyib, oyun 1:1 hesabı ilə başa çatıb.

Bəxtiyar meydana start heyətində çıxıb və sona qədər oynayıb. Coşqun Diniyev isə oyuna əlavə edilmiş dəqiqələrdə əvəzlənib.

"Tuzlaspor" 28 xalla 15-ci, “Ümraniyəspor” isə 34 xalla 11-ci pillədədir.

# 1848
avatar

Oxşar yazılar