“Napoli”yə şok cəza: 2 xal silindi
18 dekabr 2012 15:55 (UTC +04:00)

“Napoli”yə şok cəza: 2 xal silindi

İtaliyanın “Napoli” futbol klubu 2 xaldan məhrum edilib. Lent.az-ın məlumatına görə, bu barədə İtaliya Futbol Federasiyasının İntizam Komitəsi qərar çıxarıb.

 

Komitə, həmçinin komandanın futbolçuları Paolo Kannavaro və Canluka Qravanı yarım il müddətinə diskvalifikasiya edib. Klub və futbolçular danışılmış oyun cəhdi barədə polisə xəbər verməmələri səbəbindən belə cəzaya məruz qalıblar. Söhbət 2009-2010-cu il mövsümündə “Sampdoriya” ilə oyundan gedir. “Napoli”nin keçmiş qapıçısı Matteo Canelllo bildirib ki, oyunçulara matçı satmaq təklif olunub, lakin onlar rədd cavabı veriblər. Amma Kannavaro və Qrava Canellonun sözlərini təsdiqləməyiblər.

 

Qeyd edək ki, “Napoli” İtaliya çempionatında 17 turdan sonra 33 xalla 3-cü pillədə qərarlaşıb. Qərar qüvvəyə mindikdən sonra Neapol komandası 31 xalla 5-ci pilləyə enəcək.  

 

# 655
avatar

Oxşar yazılar