“Qarabağ" futbol klubu xanımlara böyük jest etdi. Lent.az-ın məlumatına görə, “Qarabağ” – “Sent Etyen” oyununda qadın media nümayəndələri üçün ayrıca sektor ayrılıb. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov öz facebook səhifəsində bu barədə məlumat verib: ” Qadın azarkeşlərinin marağını nəzərə alaraq yenilik etmək qərarına gəldik. Belə ki, 34-cü sektor (media sektorunun altı) sırf zərif cinsin nümayəndələri üçün ayrılıb. Xanım media mənsubları 34-cü sektora dəvətnamə əldə etmək üçün tərəfimizə müraciət etməsi xahiş olunur ”.