“Barselona” Messi, Xavi və Puyolla müqaviləni uzatdı
18 dekabr 2012 15:25 (UTC +04:00)

“Barselona” Messi, Xavi və Puyolla müqaviləni uzatdı

İspaniyanın “Barselona” klubu əsas heyətin 3 futbolçusu ilə müqaviləni uzatmağa dair razılığa gəlib. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlar hücumçu Lionel Messi, yarımmüdafiəçi Xavi və müdafiəçi Karles Puyoldur.

 

Dünyanın ən yaxşı futbolçusu Messi ilə yeni anlaşma 30 iyun 2018-ci ilədək qüvvədə olacaq. Xavi və Puyol isə 30 iyun 2016-cı ilədək olan sövdələşməyə imza atacaqlar.

 

Qeyd edək ki, əvvəlki müqavilələri Lionel Messidə 2016-cı ilin yayında, Xavidə 2014-cü ilin yayında, Karles Puyolda isə 2013-cü ilin yayında başa çatır.  

 

# 857
avatar

Oxşar yazılar