“Neftçi” – “Skenderbeu” matçının biletləri satışda
09 iyul 2013 12:13 (UTC +04:00)

“Neftçi” – “Skenderbeu” matçının biletləri satışda

Futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə Albaniya “Skenderbeu”su arasında keçiriləcək ilk oyunun biletləri satışa çıxarılıb. Lent.az-ın flaqmanın saytına istinadən verdiyi məlumata görə, azarkeşlər biletləri “Bakcell Arena"nın kassalarından ala bilərlər. Biletlərin qiyməti sektorlardan asılı olaraq 2 - 20 manat arasında dəyişir. Yaxın günlərdə “28 Mall” və “Metro Park” ticarət mərkəzlərində də bilet satışı məntəqələri təşkil olunacaq.

 

Qeyd edək ki, iyulun 17-də keçiriləcək “Neftçi” – “Skenderbeu” matçı “Bakcell Arena”da keçiriləcək. Saat 21:00-da başlanacaq qarşılaşmanı kiprli referi Leontios Trattu idarə edəcək.

# 1180
avatar

Oxşar yazılar