“Neftçi”nin müdafiəçisi:  “...təmizəm”
24 dekabr 2012 14:07 (UTC +04:00)

“Neftçi”nin müdafiəçisi: “...təmizəm”

 

“Neftçi”nin futbolçusu İqor Mitreski AZAL klubu ilə oyundakı sarı vərəqə epizodu ilə bağlı danışıb. Lent.az-ın məlumatına görə, makedoniyalı müdafiəçi Topaz Premyer Liqasının XVIII turunda AZAL klubu ilə oyun zamanı baş vermiş epizodda referi Elçin Məmmədovun ona göstərdiyi vərəqədən narazı qalıb.

 

O, həmin epizodda sürüşmə fəndi ilə topu rəqibdən aldığını, lakin baş hakimin oyunu dayandıraraq cərimə zərbəsi təyin etməklə yanaşı sarı vərəqə də göstərdiyini bildirib. Mitreski sürüşmə fəndini təmiz yerinə yetirdiyini iddia edib: “Sarı vərəqənin nə üçün göstərildiyini anlamadım. Beynəlxalq təcrübəmə əsaslanıb deyə bilərəm ki, belə vəziyyətlər sırf oyun epizodu hesab olunur. İnanıram ki, vərəqə epizodu AFFA-nın İntizam Komitəsi tərəfindən araşdırılacaq və ədalətli qərar çıxarılacaq”.

 

Qeyd edək ki, sarı vərəqə qüvvədə saxlanılsa, İqor Mitreski cəzalı duruma düşəcək və “Neftçi”nin “İnter”lə dekabrın 25-də keçirəcəyi görüşü buraxmalı olacaq.

 

# 853
avatar

Oxşar yazılar