“Simurq”a Yeni il hədiyyəsi: “Rəvan”a texniki məğlubiyyət
25 dekabr 2012 16:15 (UTC +04:00)

“Simurq”a Yeni il hədiyyəsi: “Rəvan”a texniki məğlubiyyət

Futbol üzrə Topaz Premyer Liqasında çıxış edən Bakının “Rəvan” klubuna texniki məğlubiyyət verilib. Lent.az-ın məlumatına görə, bu haqda AFFA İntizam Komitəsi qərar qəbul edib.

 

Səbəb XVIII turda “Simurq”la oyun zamanı paytaxt komandasının legioner limitini pozması olub. Matçın 68-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Tural Cəlilovun əvəzinə Nemaniya Vidakoviç meydana daxil olub. Bununla da klub 8 legionerlə mübarizə aparıb. Halbuki bütün komandalara maksimum 7 əcnəbinin xidmətindən yararlanmağa icazə verilib.

 

İntizam Komitəsi qarşılaşmanın nəticəsini ləğv edib və “Rəvan”a 0:3 hesablı texniki məğlubiyyət verilib. Nəticədə “Simurq”un aktivinə 1 yox, 3 top yazılıb və bu komanda liderliyə yüksəlib.

# 668
avatar

Oxşar yazılar