"Qarabağ" nə qədər qazana bilər?
15 sentyabr 2014 18:27 (UTC +04:00)

"Qarabağ" nə qədər qazana bilər?

Avropa Liqasınında qrup mərhələsinə qatılan klubların gəlirləri açıqlanıb. Lent.az-ın UEFA-nın saytına istinadən “Qarabağ” klubu teleyayım, kommersiya xarakterli müqavilələrə görə 225 milyon avro qazanacaq.

"Qarabağ" əlavə olaraq turnirin qrup mərhələsində oynayacağı üçün 1,3 milyon avro mükafat veriləcək.

Qrupdakı hər qələbəyə 200 min avro, heç-heçəyə görə isə 100 min avro pul mükafatı ayrılıb.

Avroliqanın 1/16 finalına qrup qalibi kimi çıxan komandaya 400 min avro, ikinci pillənin sahibi kimi çıxana isə 200 min avro mükafat veriləcək. 1/8 finalda oynayan 350 min avro, 1/4 finala yüksələn komanda isə 450 min avro gəlir əldə edəcək. Yarımfinalçı 1 milyon avro, finalçı isə 2,5 milyon avro ilə mükafatlandırılacaq. Avropa Liqasının qalibinə 5 milyon avro mükafat veriləcək.

Bundan başqa "Qarabağ" klubu Çempionlar Liqasının təsnifat mərhələsində iştirakına görə 200 min avro gəlir əldə edib. Üstəlik Ağdam təmsilçisi üçüncü təsnifat mərhələsində mübarizəni dayandırdığı üçün daha 200 min avro qazanıb.

Qeyd edək ki, Çempionlar Liqasının təsnifat mərhələsindəki iştirakına və Avroliqanın qrupuna düşdüyü üçün “Qarabağ” 1,7 milyon avro gəlir əldə edib. “Köhlənən Atlar” Qrup mərhələni keçsə, gəliri daha da artacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1625

Oxşar yazılar

“Real” 11-ci oyunçusunu  itirdi

“Real” 11-ci oyunçusunu itirdi

15 may 2025 , 17:56
İşçilərinə Avropa Liqasının final oyunun biletlərini  öz pulu ilə aldı

İşçilərinə Avropa Liqasının final oyunun biletlərini öz pulu ilə aldı

15 may 2025 , 15:22
“Liverpul” onu "Real"a satmadı

“Liverpul” onu "Real"a satmadı

15 may 2025 , 12:34
"Arsenal" bu hücumçu üçün bu qədər ödəməyə  hazırdır

"Arsenal" bu hücumçu üçün bu qədər ödəməyə hazırdır

15 may 2025 , 09:37
“Real”dan əzmkar qələbə

“Real”dan əzmkar qələbə

15 may 2025 , 03:00
İtaliya Kubokunun qalibi  "Bolonya" oldu

İtaliya Kubokunun qalibi "Bolonya" oldu

15 may 2025 , 02:01
“Qalatasaray” Türkiyə kubokunun qalibi oldu

“Qalatasaray” Türkiyə kubokunun qalibi oldu

14 may 2025 , 23:47
“Neftçi” məğlub oldu - “Sabah” ÇEMPİON

“Neftçi” məğlub oldu - “Sabah” ÇEMPİON

14 may 2025 , 22:00