AFFA-da qapalı görüş
24 dekabr 2012 18:21 (UTC +04:00)

AFFA-da qapalı görüş

Dekabrın 25-də, saat 11:00-da, Azərbaycan Futbol Federasiyaları Assosasiyasının inzibati binasında baş katib Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Topaz Premyer Liqasında çıxış edən klubların rəhbərliyi ilə görüşü keçiriləcək.

 Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşün məqsədi Topaz Premyer Liqasında mövcud vəziyyətin müzakirəsi, problemlərdən çıxış yolları haqda fikir mübadiləsi aparılmasıdır.

 

Qeyd edək ki, görüş mətbuat üçün qapalı olacaq və müvafiq məlumatlar affa.az və affavideo.az saytında yerləşdiriləcək.

 

# 609
avatar

Oxşar yazılar